Marneulidə güclü qasırğadan sonra fəsadlar aradan qaldırılır - FOTOSESSİYA

Marneulidə güclü qasırğadan sonra fəsadlar aradan qaldırılır - <span style="color: red;">FOTOSESSİYA
# 21 iyun 2015 08:57 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə - APA. İyunun 20-də axşam saatlarında Gürcüstanın Marneuli rayonuna güclü leysan yağışlarının müşayiəti ilə dolu düşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bir saat çəkən leysandan sonra yağan dolu və güclü qasırğa fəsadlar törədib.

APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, Marneulininin avtomobil yollarında ağaclar qırılıb, bir neçə yaşayış binasının damlarını külək qopararaq küçəyə atıb, həyətlərdə olan ağacları güclü külək qıraraq evlərin üstünə yıxıb. Marneuli rayon İcra Hakimiyyətinin binasının şüşələri sınıb. Əhalinin həyətyanı sahələrində olan meyvə ağaclarını dolu vurub. Marneulidə 6 saat işıq olmayıb, internet şəbəkəsi kəsilib. Qasırğa nəticəsində xəsarət alan olmayıb.

Hazırda dolu və güclü küləyin fəsadları aradan qaldırılır. Marneuli rayon İcra Hakimiyyəti dəyən ziyanı hesablamaq üçün komissiya yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR