Masallı rayon sakini intihara cəhd edib - VİDEO

Masallı rayon sakini intihara cəhd edib - <span style="color: red;">VİDEO
# 28 sentyabr 2014 03:57 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Masallıda intihara cəhd faktı qeydə alınıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 27-də axşam saatlarında rayonun Kalinovka kəndində baş verib. Kənd sakini, 1990-cı il təvəllüdlü Əlyar Şakir oğlu Fərəcov özünü yaşadığı evdə asıb. Yaxınları tərəfindən asılmış vəziyyətdə aşkarlanan Ə.Fərəcov dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyətinin ağır olduğu bildirilir. Onun intihara cəhd etməsinin səbəbi açıqlanmır.

Faktla bağlı rayonun hüquq mühafizə orqanlarında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR