Yanvarın 20-də saat 21 radələrində Masallı rayonunun Binə Xocavar kəndində rayon sakini Emin Kərimov idarə etdiyi “VAZ-2115” markalı avtomobillə yolu keçən həmyerlisi Samir Əliyevi vurub.
DİN-dən APA-ya verilən məlumata görə, piyada aldığı xəsarətlərdən yaşadığı evdə ölüb.
Masallı RPŞ tərəfindən araşdırma aparılır.