Masallıda iki avtomobil toqquşub, xəsarət alan var

Masallıda iki avtomobil toqquşub, xəsarət alan var
# 10 may 2017 14:03 (UTC +04:00)

Masallıda bir nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallı-Boradigah yolunun Bədəlan kəndi ərazisindən keçən hissəsində olub.

“Opel” markalı 90 BG 265 dövlət nömrə nişanlı avtomobil VAZ-2106 15 BV 998 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində sürücülərdən biri yüngül xəsarət alıb, avtomobillər isə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR