Masallıda yaşayış evində güclü yanğın olub - VİDEO

Masallıda yaşayış evində güclü yanğın olub - <span style="color: red;">VİDEO
# 17 sentyabr 2014 12:04 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Masallı rayonunda fərdi yaşayış evində güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə sentyabrın 17-də rayonun Qızılavar kənd sakini, 1936-cı il təvəllüdlü Həsənağa İzzət oğlu Ağacanova məxsus fərdi evdə qeydə alınıb. Hadisə yerinə Masallı Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi ilə birlikdə 3 yanğınsöndürən maşını cəlb olunub. Onların operativ müdaxiləsi nəticəsində yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınsa da, ümumi sahəsi 140 kvadratmetr olan birmərtəbəli, 5 otaqlı kürsülü evin 4 otağı içindəki əşyalarla birlikdə 120 kv.m sahədə yanıb.

Yanğının başvermə səbəbləri həyata keçirilmiş ekspertizanın rəyindən sonra bəlli olacaq.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR