Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
# 17 iyul 2014 16:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Məhkəmə-Hüquq Şurasının (MHŞ) növbəti iclası keçirilib.

Şuradan APA-ya verilən məlumata görə, iclasda məhkəmə sisteminin müasirləşdirilməsi üzrə aparılan islahatların mütərəqqi nəticələri vurğulanıb, əldə edilmiş nailiyyət və müsbət təcrübələrimizin dünyanın nüfuzlu hüquq təsisatları, o cümlədən ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası tərəfindən yüksək dəyərləndirildiyi qeyd edilib.

Məhkəmə hakimiyyətinin müstəqilliyinin daha da gücləndirilməsi üzrə islahatların ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə intensiv davam etdirildiyi bildirilib, ötən ay məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə dəyişikliklər olunaraq, məhkəmə hakimiyyətinin özünüidarə səlahiyyətlərinin genişlənməsi, hakimlərin fəaliyyətinə kənar müdaxilənin qarşısının alınması və məhkəmələrin maliyyə müstəqilliyinin təmininin əlavə mexanizmlərinin təsbit edilməsi, hakimlərin təminatının yaxşılaşdırılması vurğulanıb.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda yeni qanunvericilikdən irəli gələn məsələlər və bu sahədə MHŞ-nin vəzifələri müzakirə olunub, yeni normaların məhkəmə hakimiyyətinin müstəqilliyinin daha da güclənməsində mühüm rolu qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR