Məktəbdə şagirdi qətlə yetirən şəxsin şikayəti təmin edilməyib

Məktəbdə şagirdi qətlə yetirən şəxsin şikayəti təmin edilməyib
# 18 sentyabr 2014 12:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Kamran Nəcəfovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

Qeyd edək ki, 2013-cü il oktyabrın 17-də Nizami rayonu ərazisində yerləşən 10 №li orta məktəbin həyətində Kamran Nəcəfov xuliqanlıq niyyəti ilə lisey şagirdi olan Famil Gülüşovu bıçaqlayaraq qətlə yetirib.

Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə K.Nəcəfov 13 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR