Mingəçevirdə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda tədbir keçirilib

Mingəçevirdə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda tədbir keçirilib
# 30 noyabr 2012 19:41 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov. Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birgə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda tədbir keçirib. APA-nın məlumatına görə şəhər 18 saylı tam orta məktəbin həyətində ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən maarifləndirici tədbirdə

FHN-nin fəaliyyətini əks etdirən video çarx nümayiş olunduqdan sonra fövqəladə hallar zamanı davranış qaydalarına həsr olunan müxtəlif mövzularda çıxışlar dinlənilib.

Sonra FHN-nin regionda fəaliyyət göstərən qurumlarının və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının təcili tibbi yardım stansiyasının əməkdaşları tərəfindən tədbir iştirakçılarına praktik xilasetmə, yanğınsöndürmə və ilkin tibbi yardımın nümunəvi qaydaları göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR