Mingəçevirdə ana və iki oğlu bıçaqlanıb

Mingəçevirdə ana və iki oğlu bıçaqlanıb
# 08 iyul 2014 09:44 (UTC +04:00)

Mingəçevir Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Oğuz sakini, 1989-cu il təvəllüdlü Zaur Rəsulov qısqanclıq zəminində həmyerliləri - 25 yaşlı Elnur Əzimova, 24 yaşlı Fərid Hasilova, onun qardaşı, 1991-ci il təvəllüdlü Cavid Hasilova və qardaşların anası, 47 yaşlı Amaliyaya bıçaq xəsarətləri yetirib.

Bıçaqlanan 4 nəfər ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR