Mingəçevirdə yataqxanada yanğın baş verib

Mingəçevirdə yataqxanada yanğın baş verib
# 26 mart 2013 16:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Mingəçevir şəhərində yataqxana binasında yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 20 kvadrat metr olan 1 otaqlı mənzilin eyvanında 2 kvadrat metr sahədə taxta konstruksiyalardan ibarət rəf yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR