Mingəçevirdə yaşayış binasında yanğın baş verib, 10 sakin təxliyə edilib

Mingəçevirdə yaşayış binasında yanğın baş verib, 10 sakin təxliyə edilib
# 09 avqust 2015 05:16 (UTC +04:00)

Bakı-APA. Mingəçevirdə ötən gecə yaşayış binasında yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində sahibi məlum olmayan ümumi sahəsi 47 kv.m olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 17 kv.m sahədə yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 10 sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR