Narkotik bitkiləri əkib-becərən Zaqatala sakini saxlanılıb

Narkotik bitkiləri əkib-becərən Zaqatala sakini saxlanılıb
# 10 sentyabr 2014 21:54 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Narkotik bitkiləri qanunsuz əkib-becərən Zaqatala şəhər sakini saxlanılıb. Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin qanunsuz əkib-becərdirilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib. Tədbir nəticəsində rayonun Axaxdərə kəndi yaxınlığında yüksək dağlıq ərazidə, Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssəsinin 4 saylı meşə dolayında xüsusi kultivasiya üsulu ilə əkilib aqrotexniki qaydada qulluq edilən, hündürlüyü 70 sm-dən 1m-ə qədər olan 30 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkar edilib.

Keçirilmiş əməliyyat zamanı Zaqatala şəhəri, Təbriz küçəsi ev 11-də yaşayan 1962-ci il təvəllüdlü Hafiz Həbubulla oğlu Məhərrəmli aşkar edilmiş ərazidə narkotik tərkibli bitkilərə qulluq göstərən zaman elə iş başında saxlanılıb. Aşkar edilmiş narkotik tərkibli bitki maddi sübut kimi ərazidən yığılaraq götürülüb. Məlumatda bildirilir ki, Hafiz Məhərrəmli əvvəllər də narkotik maddələrin qanunsuz dövriyyəsinə görə bir-neçə dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR