Neftçalada 23 yaşlı oğlan 24 yaşlı həmyerlisini qətlə yetirib

Neftçalada 23 yaşlı oğlan 24 yaşlı həmyerlisini qətlə yetirib
# 19 mart 2013 08:17 (UTC +04:00)

Bu barədə APA-nın Mil-Muğan bürosuna Neftçala rayon Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə ötən gün saat 20.00 radələrində Neftçala rayonunun Oryad kəndində qeydə alınıb. Kürkənd sakini, 1990-cı il təvəllüdlü  Bağırov Rüfət Afət oğlu münaqişə zəminində Oryad kənd sakini 1989-cu il təvəllüdlü  Əsgərov Aydın Məhərrəm oğlunu ürək nahiyəsindən bıçaqla vurub. Aydın Əsgərov Neftçala Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

 

Rüfət Bağırov saxlanılıb. Qətlin səbəbləri istintaq tərəfindən araşdırılır.

 

Faktla bağlı Neftçala  rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR