Neftçala sakininin hansı şəraitdə kanalda batdığı məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 7-də saat 12 radələrində Neftçala rayonunun Haqverdili kəndində yerli sakin Elməddin Əhmədov idarə etdiyi “Belarus T-82” markalı qoşqulu traktoru kəndin ərazisindən keçən “Xıllı” su kanalına aşırıb. Nəticədə E.Əhmədovun sərnişini, həmkəndlisi Baloğlan Tahirov suda boğularaq ölüb.