Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 İyul - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 İyul - <span style="color: red;">VİDEO
# 11 iyul 2014 17:10 (UTC +04:00)

Bakı-APA. Ermənilərin yalanının üstünün açılması heç 40 dəqiqə çəkmədi. Hər kəs anladı ki, Şahbaz Quliyev adlı şəxsin girov götürülməsi ilə bağlı xəbərin 99 faizi uydurmadır. Çünki erməni mətbuatında bununla bağlı verilən xəbərdə çoxluq boşluq var. Bu boşluqlar xəbərin dezinformasiya olduğunu təsdiqləyir. Birincisi, ermənilər Şahbaz Quliyevin Azərbaycanın Mirbəşir rayon sakini olduğunu yazırlar. Gənc nəsil bəlkə də xatırlamaz, amma Mirbəşir Tərtər rayonunun keçmiş adıdır, 1991-ci ildə rayonun adı özünə qaytarılıb və yenidən Tərtər adlandırılıb. Keçmiş sovet pasportları şəxsiyyət vəsiqələri ilə dəyişdirilən zaman rayon sakinlərinin doğum yeri olaraq Mirbəşir deyil, Tərtər yazılıb. Yəni, bu gün Azərbaycanda şəxsiyyət vəsiqəsində doğum yeri Mirbəşir yazılan vətəndaş yoxdur. O zaman ermənilər niyə Şahbaz Quliyevin Mirbəşir rayon sakini olduğunu yazırlar? Bu məsələnin birinci tərəfi. İkincisi, tutaq ki, Şahbaz Quliyev şəxsiyyət vəsiqəsi almayıb, hələ də sovet pasportu gəzdirir. Yaxşı, kəşfiyyata gedəndə pasportunu da özü ilə aparmışdı? Hansı kəşfiyyatçı kəşfiyyata pasport, yaxud şəxsiyyət vəsiqəsi ilə gedir? Üçüncüsü, ermənilər Şahbaz Quliyevin üzərində tapılan silah-sursat, geyim, ləvazimatın və üstəlik Azərbaycan bayrağının fotolarını nümayiş etdiriblər. Fotoda olanların çəkisini hesablasaq, ən azı 50 kiloqram edir. Hərbçinin kəşfiyyata 50 kiloqram yüklə getməsi gülüncdür, bu nağıla heç uşaq da inanmaz. Digər tərəfdən Şahbaz Quliyevin Tərtərdə yaşayan qohumları deyir ki, adamdan 10 ildir xəbərləri yoxdur. Vallah, Mirbəşir Qasımovun, o qırmızı seyidin cəddinə and olsun ki, bu işin içində bir iş var. Ölüsü, dirisi məlum olmayan bir adamın fotosunu nümayiş etdirmək hələ bu adamın əsir, ya girov götürülməsi demək deyil. Mən heç Şahbaz Quliyev adlı adamın ümumiyyətlə sağ olduğuna inanmıram. Beynəlxalq Qırmızı Xaç Komitəsi adamla gedib görüşməyənə kimi bu fikrimdə qalacağam.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR