Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 Sentyabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 Sentyabr - <span style="color: red;">VİDEO
# 11 sentyabr 2014 17:08 (UTC +04:00)

Bakı-APA. Bir soyuq müharibə dövrü vardı. Sosialist düşərgəsində yer alan ölkələrlə Qərb dövlətlərinin qlobal səviyyədə mübarizə apardığı dövr. Geosiyasi, iqtisadi və ideoloji cəbhədə bir güllə atmadan kəskin müharibə gedirdi və bu xüsusiyyətinə görə onu “soyuq müharibə” adlandırmışdılar. “Soyuq müharibə” tam 45 il davam etdi və tərəflər 1990-cı ildə bu müharibəni bitmiş elan edərək onun acı nəticələrini aradan qaldırmağa başladılar. Dünyanın siyasi xəritəsi yenidən cızıldı. Amma sonadək deyil. Yeni dünya düzənini başa çatdırmaq üçün yeni “soyuq müharibə”yə ehtiyac duyulurdu, bu dəfə güllələrin atıldığı müharibəyə. 11 sentyabr hadisələri Qərblə Şərq arasında enerji mənbələri uğrunda gedən bu müharibəni sanksiyalaşdırdı. 11 sentyabr yeni tarixi mərhələnin başlanğıcıdır, hadisənin kimlərin törətdiyi, kimlərə sərf etdiyi, kimlərin bu işdə istifadə olunduğu, “Əl-Qaida”nı kimin yaratdığı kimin idarə etdiyi - bunlar artıq təfərrüatdır. Fakt odur ki, 11 sentyabrdan sonra fövqəlgüclərin mübarizəsi açıq müstəviyə keçib və dünyamız beynəlxalq hüquq normalarının tapdandığı, ikili standartların cövlan etdiyi bir dünyaya çevrilib. Və bu prosesin nə zaman başa çatacağı heç kimə bəlli deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR