Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 Sentyabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 Sentyabr - <span style="color: red;">VİDEO
# 15 sentyabr 2014 17:10 (UTC +04:00)

Bakı-APA. Bakı azad edilməsəydi, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü bəlkə də bir neçə ay çəkərdi. Bakı azad edilməsəydi, dünya tarixində türklərə qarşı ən böyük soyqırımlarından biri yaşanmış olardı. Bakı azad edilməsəydi, bu gün dövlət kimi varlığımız sual altında qalardı. Amma Bakı erməni-bolşevik işğalından azal edildi, həm də 96 il əvvəl, məhz bu gün. Ötən əsrdə Qafqaz və Anadolu türkləri iki dəfə çiyin-çiyinə döyüşərək sonradan Azərbaycan və Türkiyənin taleyində həlledici rol oynayan tarixi uğurlara imza atıblar. Çanaqqalada və Bakıda, I dünya müharibəsinin ən önəmli strateji nöqtələrində. Bu gün həm Çanaqqala, həm Bakı türk yurdudursa, bu şərəfi bizə yaşadan şəhidlərin qarşısında bir vəfa borcumuz var. Bu borcu ödəmək bizim vətəndaşlıq borcumuzdur. Bu müqəddəs gündə şəhidlərimizi şərəflə anır, onların ruhuna dualar oxuyuruq. Ruhun şad olsun, türk əsgəri! Ruhun şad olsun, Nuru paşa! Ruhun şad olsun, əziz şəhidlər!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR