Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 24 Sentyabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 24 Sentyabr - <span style="color: red;">VİDEO
# 24 sentyabr 2014 17:06 (UTC +04:00)

Bakı-APA. Bəşəriyyəti kütləvi psixoz altında saxlamaq üçün lazımdır ki, mütləq bir terror təşkilatının adı şüurlarda özünə yer etsin. Məsələn, bir zamanlar məmə deyəndən pəpə yeyənə hər kəs “Əl-Qaida”nı tanıyır, Üsamə bin Ladenin kim olduğunu, nə qələtlər qarışdırdığını bilir, milyarder Ladenin tərəfdarlarının çıxardığı oyunlar barədə xəbərləri acgözlüklə izləyirdi. Yəni, kütləvi psixozun təsirinə məruz qalmışdı. Bir müddət sonra bin Laden öldürüldü, “Əl-Qaida” dəbdən düşdü. Yaranan boşluğu İŞİD-lə doldurdular. İŞİD-in ömrü “Əl-Qaida” qədər uzun olmadı, camaat İŞİD liderinin kim olduğunu əzbərləməyə macal tapmamış əl-Bağdadi öldürüldü. Və insanlar bildilər ki, sən demə İŞİD-in lideri Bağdadi imiş, indi öldürülüb. İndi İŞİD-in də sonudur, bu gün-sabahlıqdır, bir işə ki Amerika əl qoydu, göydən bombalar yağdırmağa başladı, o iş çətin ki çox uzansın. Elə dünən fikirləşirdim ki, əcəba İŞİD gedəndən sonra Qərb mediası, kütləvi psixoz maşınları bizə hansı terror təşkilatının adını əzbərlətməyə başlayacaq? Heç bir gün keçmədi ki, sualın cavabını verdilər, həm də Qərb mediası. Dərinə getməyəcəyəm, xəbəri özünüz izlədiniz, bircə onu bilirəm ki, media hələ bir il “Xorasan” xəbərləri verməli olacaq. Maraqlı prosesdir, izləyək görək, “Xorasan”I kimlər, necə “raskrutka” edəcəklər?

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR