Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 29 Sentyabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 29 Sentyabr - <span style="color: red;">VİDEO
# 29 sentyabr 2014 17:03 (UTC +04:00)

Bakı-APA. Toyda adam bıçaqlanır, qız toyundan qayıdan bəy kanalda boğulub ölür, toy karvanı qəzaya uğrayır, gəlin əvəzinə 9 evə meyit gedir. Səbəb? Yüksək sürət, içki, yaxud başqa bir şey? Xeyr, toylarımızı yaslara döndərən xarakterimizdir, o xarakter bizə gündə onlarla qəza xəbəri oxuyan, izləyən bizlər yenə də maşınları yüksək sürətlə idarə edir, “avtoşluğu” kişilik sayır, qırmızı işıqda maşın saxlamağı “kişiliyimizə” sığışdırmırıq. Təkcə bir ay ərzində Azərbaycanda qəzaların hər forması baş verib, hamilə qadın vurulub, sürücü piyadanı vurub qaçıb, qəzalarda körpə uşaq, bir ailə, yaşlı qadın, ər-arvad, bəy, gəlin, toya gedən, toydan qayıdan, yasa gedən, yasdan qayıdan onlarla insan ölüb. Bizi niyə qəza xəbərlərini çox verirsiniz deyə qınayanlar! Xəbərləri ona görə çox veririk ki, qəzalar çox baş verir və ona görə qəza xəbərləri çox verilir ki, insanlar dərs çıxarsınlar. Paytaxtda, rayonda, yollarda, Azərbaycanda maşın çoxdur bəhanəsinin arxasında gizləndiyimiz bəsdir! Azərbaycanda maşın çoxdur, amma qəzaların səbəbi odur ki, sürücü mədəniyyəti yoxdur! Dedim axı, xarakterimiz buna imkan vermir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR