Nicat Dağlar Bakıya qayıdıb - FOTOSESSİYA - APA TV

Nicat Dağlar Bakıya qayıdıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">APA TV
# 10 avqust 2013 18:41 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, o Heydər Əliyev Beynəlxalq hava limanında jurnalistlərə oktyabradək müalicәsini Bakıda davam etdirəcәyini bildirib. Oktyabrda isə yenidәn Almaniyaya qayıdacaq. Nicat Dağlar bir neçә gün sonra jurnalistlik fәaliyyәtini bәrpa etmək niyyətində olduğunu bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl “Facebook” səhifəsində ağır və çətin günlərini artıq geridə qoyduğunu vurğulayan Nicat Dağlar Almaniyada xüsusi müalicə proqramından keçdiyini bildirib: “Orqanizm tədricən normal fəaliyyətini bərpa edir. Artıq əvvəlki kimi və hətta bir qədər də gümraham. Sözsüz ki, müalicə davam etməli, dərmanlarımı qəbul etməli və hələlik orqanizmin immuniteti o qədər de güclü olmadığından əlavə təsirlərdən qorunmalıyam. Oktyabrın ikinci yarısında isə yenidən Almaniyaya qayıtmalıyam. Yenidən müayinədən keçəndən sonra mənə ilik köçürülməsinə ehtiyac olub-olmamasına qərar veriləcək”.

Qeyd edək ki, prezident İlham Əliyev Nicat Dağların müalicə xərclərinin ödənilməsini öz üzərinə götürüb. Nicat Dağlar həmçinin jurnalistlər üçün tikilmiş binada mənzillə təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR