Oğuzda 20 yaşlı gənc intihara cəhd edib

Oğuzda 20 yaşlı gənc intihara cəhd edib
# 01 yanvar 2018 06:05 (UTC +04:00)

Dekabrın 31-dən yanvarın 1-ə keçən gecə rayonun Xaçmaz kənd sakini 20 yaşlı Qismət Oqtay oğlu Məmmədov zəhərlənmə və qıcolma əlamətləri ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.


MRX-dan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, müayinə zamanı Q. Məmmədovun intihar etmək məqsədi ilə yod məhlulu içməsi məlum olub.

Q. Məmmədov son zamanlar əsəb xəstəliyindən əziyyət çəkib.


Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR