Ombudsman Aparatının əməkdaşları 2 saylı Cəzaçəkmə müəssisəsində araşdırma aparıblar

Ombudsman Aparatının əməkdaşları 2 saylı Cəzaçəkmə müəssisəsində araşdırma aparıblar
# 07 avqust 2013 14:46 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində olub, Müvəkkilə müraciət edən məhkumlarla görüşüblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Ombudsmanın nümayəndələri saxlanılan şəxslərin saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.

Qəbul edilmiş şəxslər təkbətək görüş zamanı saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı narazılıqlarını bildirməmiş, əsasən məhkəmə qərarları ilə bağlı şikayətlər səsləndiriblər. Həmin məhkumlara hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah edilib.

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı Ombudsman Aparatının əməkdaşları tərəfindən müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR