Ombudsman Elmira Süleymanova Azərbaycanda “Aliment Fondu”nun yaradılmasını təklif edib

Ombudsman Elmira Süleymanova Azərbaycanda “Aliment Fondu”nun yaradılmasını təklif edib
# 01 mart 2013 13:20 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Elmira Süleymanova Azərbaycanda “Aliment Fondu”nun yaradılmasını təklif edib. APA-nın xəbərinə görə, bu təklif ombudsmanın 2012-ci il üçün olan illik məruzəsində əks olunub.

Ötən il ombudsmana daxil olan 587 müraciətin təhlili göstərib ki, aliment və əmək haqqının ödənilməsi, pul və əmlak tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi və ya icrasının gecikdirilməsi ilə bağlı şikayətlər çoxluq təşkil edib. Alimentin ödənilməsi tələbinə dair məhkəmə qərarlarının icra edilməməsinə dair şikayətlər isə daha çox olub: “Boşanmaların sayının artması, buna məruz qalan analarının əksər hissəsinin işləməyən, himayəsində azyaşlı uşaqlar olan, yeganə təminat vasitəsi kimi alimentə daha çox ehtiyacı olan evdar qadınlar olduğunu, alimentin borclu tərəfindən ödənilməsi ilə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq, ombudsman “Aliment Fondu”nun yaradılmasını təklif edir. Bu məqsədlə alimentin sonradan borcludan məcburi qaydada alınamsı şərti ilə Dövlət Sosial Müdafiə Fondu və ya dövlət büdcəsindən maliyyələşdirilən “Aliment Fondu” tərəfindən ödənilməsi mexanizminin yaradılması və tətbiq edilməsi zəruridir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR