Ombudsmana edilən şikayətlərin çoxu məhkəmə və polis orqanlarından olub

Ombudsmana edilən şikayətlərin çoxu məhkəmə və polis orqanlarından olub
# 01 mart 2013 13:11 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu, ombudsman Elmira Süleymanovanın 2012-ci il üçün illik məruzəsində qeyd edilib.

Ötən il ombudsmana yerli icra hakimiyyəti orqanlarından 1271 müraciət, o cümlədən İmişlidən 141, Laçından 76, Sabirabaddan 56, Qubadan 47, Abşerondan 33, Ağdamdan 32 müraciət daxil olub: “Ötən il Bakının Sabunçu, Quba, Gədəbəy, Ağdaş, İmişli, Kürdəmir rayonlarının və Mingəçevir şəhərinin icra hakimiyyəti başçıları tutduqları vəzifədən azad olunublar. İnsan hüquqlarının təmin edilməsi birbaşa vəzifə borcu olan və həmin hüquqların müdafiəsinə görə məsuliyyət daşıyan vəzifəli şəxslər problemlərin vaxtında həllinə çalışmalı, onun ictimailəşdirilməsinə, problemin kəskinləşməsinə yol verməməlidirlər”.

Ombudsman mərkəzi və rəhbər qurumlara tabeli icra strukturlarının fəaliyyətini nəzarətdə saxlamağı, yol verilən pozuntuların aradan qaldırılması üçün vaxtında kəsərli tədbirlərin görülməsini tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR