OPEK Rusiyaya müşahidəçi qismində təşkilata qoşulmağı təklif edib

OPEK Rusiyaya müşahidəçi qismində təşkilata qoşulmağı təklif edib
# 24 iyun 2018 04:55 (UTC +04:00)

OPEK Rusiyaya müşahidəçi qismində təşkilata qoşulmağı təklif edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanın energetika naziri Xalid əl-Falih bildirib.

“Biz Rusiyaya OPEK-ə müşahidəçi qismində qoşulmağı təklif etdik. Düşünürük ki, Moskva bu təklifi nəzərdən keçirir və biz səbirsizliklə ondan rəsmi sorğunu gözlərik. Təşkilata bütün üzv ölkələr Rusiyanın OPEK ailəsinin rəsmi olaraq tərkib hissəsi olmasından məmnun qalacaq”, - deyə Əl-Falih qeyd edib.

Bundan əvvəl OPEK Konqonun təşkilata üzvlüyünü dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR