Orxan Zeynalova 17 il həbs cəzası verilib - VİDEO

Orxan Zeynalova 17 il həbs cəzası verilib - <span style="color: red;">VİDEO
# 28 iyul 2014 12:47 (UTC +04:00)

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Moskva şəhər məhkəməsinin qərarı ilə O. Zeynalov Yeqor Şerbakovu qətlə yetirməkdə günahkar bilinib və ona 17 il həbs cəzası verilib.

Qeyd edək ki, ötən il oktyabrın 10-da Rusiya paytaxtının Qərbi Birulyovo rayonunda 25 yaşlı Y. Şerbakovun qafqazlı tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhedlər” Qərbi Birulyovo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək orada çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhedlər” polislərə də müqavimət göstəriblər. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı O. Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb.

O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədi ilə törətdiyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR