Ötən ay 110 kiloqrama yaxın narkotik maddənin Azərbaycana qanunsuz keçirilməsinin qarşısı alınıb - VİDEO

Ötən ay 110 kiloqrama yaxın narkotik maddənin Azərbaycana qanunsuz keçirilməsinin qarşısı alınıb - <span style="color: red;">VİDEO
# 05 sentyabr 2014 12:44 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya bildirilib ki, 2014-cü ilin avqust ayı ərzində dövlət sərhədini pozduqlarına görə 31 halda 39 nəfər saxlanılıb, onların 23 nəfəri Azərbaycan Respublikası, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Özbəkistan, 2 nəfəri Moldova, 2 nəfəri Türkiyə, 2 nəfəri Ukrayna, 2 nəfəri Qazaxıstan, 2 nəfəri Pakistan, 1 nəfəri Qırğızıstan vətəndaşı olub.

Sərhəd rejimi qaydalarını pozduqlarına görə 3 halda 4 nəfər, Xəzər dənizində isə 11 halda 19 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunublar.

Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 268 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 17 halda ümumilikdə 109 kiloqram 421 qram narkotik maddənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Ümumilikdə ay ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 55 halda ümumi dəyəri təqribən 3 milyon 365 min manat olan qaçaqmal , o cümlədən 1 ədəd avtomat silah, 60 ədəd 7.62 mm kalibrli patronla dolu 2 ədəd daraq, 2 ədəd ov tüfəngi, 3 ədəd pnevmatik tapança, 78 ədəd müxtəlif ölçülü güllə, 5 ədəd bıçaq, 58 ədəd müxtəlif markalı mobil telefon, 239 ədəd müxtəlif ölçülü və markalı spirtli içkilər, 4238 qutu müxtəlif markalı siqaret, 4 ədəd qayıq, müxtəlif dərman preparatları və sənaye malları saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR