Ötən ay respublikada baş verən yol qəzalarda 69 nəfər ölüb

Ötən ay respublikada baş verən yol qəzalarda 69 nəfər ölüb
# 16 fevral 2015 14:09 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Ötən ay ölkə ərazisində baş verən yol qəzalarında 6 uşaq dünyasını dəyişib.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı Namidan Piriyevin APA-ya verdiyi məlumata görə, yanvar ayında ölkə ərazisində 207 yol qəzası baş verib. Nəticədə 69 nəfər ölüb, 220 nəfər yaralanıb.

Yanvar ayında ölkə ərazisində baş verən qəzalarda 6 uşaq ölüb, 21 nəfər xəsarət alıb.

Hesabat dövründə ölkə ərazisində piyadaların vurulması ilə nəticələnən 101 yol qəzası baş verib. Nəticədə 31 nəfər ölüb, 76 nəfər yaralanıb.

Yanvar ayında respublikada sərxoş sürücülər tərəfindən 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

Ötən ay avtobusların iştirakı ilə 12 yol qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR