Ötən il 112 nəfərin cəsədi qəza yerlərindən çıxarılıb

Ötən il 112 nəfərin cəsədi qəza yerlərindən çıxarılıb
# 06 mart 2013 09:19 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. 2012-ci ildə Azərbaycanda 112 nəfərin cəsədinin qəza yerlərindən çıxarılması təmin edilib. APA-nın məlumatına görə, bu barədə Nazirlə Kabinetindən Milli Məclisə göndərilən hesabatda qeyd olunub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupları tərəfində 2012-ci il ərzində 115-i yol nəqliyyat qəzası, 28-i partlayış təhlükəsi, 11-i texnogen mənşəli yanğın, 10-u təhlükəli geoloji və meteoroloji hadisələr, 1-i mənzildə qaz sızması, 6-sı intihara cəhd hadisələrinin qarşısının alınması,

329-u mənzildə kimsəsiz və köməksiz vəziyyətdə qalma, 383-ü liftdə qalma və s. xarakterli olmaqla, 935 müxtəlif axtarış və qəza xilasetmə əməliyyatları keçirilib. Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 288-i uşaq olmaqla 1239 nəfər xilas edilib, 155 nəfər zərərçəkmişə ilk yardım və ya təxirəsalınmaz tibbi yardım göstərilib, ölən 112 nəfərin cəsədinin deformasiyaya uğrayan nəqliyyat vasitələrindən, uçqunlar altından, bağlı qapı arxasından və digər yerlədən çıxarılması təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR