Ötən il Azərbaycanda 51 nəfər suda batıb

Ötən il Azərbaycanda 51 nəfər suda batıb
# 06 mart 2013 09:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. 2012-ci ildə Azərbaycan ərazisində 51 nəfər suda batıb. APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetindən Milli Məclisə göndərilən hesabatda qeyd olunub.

İl ərzində Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarət olunan su hövzələrində batmaq təhlükəsi ilə üzləşən 231 nəfər və nəzarət olunmayan ərazilərdə 113 nəfər olmaqla, 344 nəfər xilas edilib, nəzarət olunmayan ərazilərdə 51 nəfərin cəsədi tapılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. Həyata keçirilən tədbirlər sayəsində nəzarət olunan ərazilərdə suda batma halları baş verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR