Ötən il respublika ərazisində 21897 cinayət qeydə alınıb

Ötən il respublika ərazisində 21897 cinayət qeydə alınıb
# 06 mart 2013 11:58 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetindən Milli Məclisə ötən ilin yekunları ilə bağlı təqdim olunan hesabatda qeyd olunub.

Hesabatda qeyd olunub ki, əməliyyat axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınan 21.897 cinayətin 94 faizi və ya 20. 675-i daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Onların 88 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 12 faizinin ağır və xüsusilə ağır növlər təşkil edib.

Belə ki, daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınan cinayətlər 10 faizi, şəxsiyyət əleyhinə olanlar 17, 8 faizi, oğurluqlar 15, 6 faizi, quldurluqlar 13.7 faiz, soyğunçuluqlar 17, 6 faiz azalıb. Həmçinin qrup halında cinayətlər 17, 3 faizi , o cümlədən əvvəllər məhkum olunan şəxslərdən ibarət qruplar tərəfindən törədilən cinayətlər 25 faizi, ailə münaqişəsi zəminində baş verən hüquqazidd əməllər 24 faizi azalıb.

Təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri də yaxşılaşmaqla istintaqdan və məhkəmələrdən yayınan 2148 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən 71 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunub. Bütövlükdə axtarışa elan edilən şəxslərin 67, 4 faizi tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR