Paytaxtda zəncirvari yol qəzası baş verib

Paytaxtda zəncirvari yol qəzası baş verib
# 18 mart 2016 03:43 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Paytaxtın Səbail rayonunda 3 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Mehdi Hüseyn küçəsində qeydə alınıb. Qəza zamanı Vüqar İsayev idarə etdiyi "Mercedes" markalı avtomobili ilə dönmə əməliyyatını yerinə yetirmək istəyib. İdarəetməni itirən sürücü maşını öncə "Audi", daha sonra "Subaru" markalı avtomobilə çırpıb.

Qəza zamanı xəsarət alan olmasa da, hər üç maşına ciddi ziyan dəyib. Əraziyə yol polisi əməkdaşları gəliblər. Hər üç sürücünün izahatı alınıb. Daha sonra avtomobillər evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.

Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmadan sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR