Penitensiar xidmətdə qulluğa qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib

Penitensiar xidmətdə qulluğa qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib
# 03 avqust 2013 07:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətdə orta rəis heyətinə qulluğa qəbul olunmuş 31 nəfər gənc əməkdaşın andiçmə mərasimi keçirilib, onlardan 11 nəfəri Şəki penitensiar müəssisəsinə təyin olunublar.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, gənc əməkdaşlar ədliyyə orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacaqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, hüquq və vəzifələrini qərəzsiz, vicdanla, qanuna tam uyğun həyata keçirəcəklərinə, ədliyyə işçisinin şərəf və ləyaqətini uca tutacaqlarına and içiblər.


Eyni zamanda 14 nəfər vətəndaş ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Penitensiar xidmətdə kiçik rəis heyətində vəzifələrə təyin olunublar. Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev qulluğa qəbul olunmuş gənc əməkdaşları təbrik edib, onlara ədliyyə orqanlarında qulluq keçərkən uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR