Penitensiar Xidmətin idarə rəisi: “Azadlığa çıxanların etimadı doğruldacağına ümid edirik”

Penitensiar Xidmətin idarə rəisi: “Azadlığa çıxanların etimadı doğruldacağına ümid edirik”
# 18 mart 2016 09:43 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan prezidenti İlham Əliyevin dünən imzaladığı əfv sərəncamının icrası davam edir.

 

APA-nın məlumatına görə, sərəncam bu gün 13 və 14 saylı cəzaçəkmə müəssisələrində icra olunub. 13 saylı cəzaçəkmə müəssisəsindən 24, 14 saylı cəzaçəkmə müəssisəsindən isə 8 nəfər azadlığa çıxıb.

 

14 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxan 8 nəfərdən 2-si İran, 1-i Türkiyə, 1-i Rusiya, 1-i Gürcüstan olmaqla, 5 nəfəri xarici ölkə vətəndaşdır.

 

Əfv sərəncamının icrasında iştirak edən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təşkili Nəzarət İdarəsinin rəisi Musa Hümbətov ölkə başçısının Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalamasının sevindirici hal olduğunu qeyd edib. O, azadlığa qovuşan məhbusların prezidentin bu etimadını doğruldacağına və cinayət törətməyəcəklərinə ümid etdiyini bildirib.

 

Azadlığa çıxan məhbuslar ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR