Polis əməkdaşlarına bıçaqla müqavimət göstərən qardaşlar tutulub

Polis əməkdaşlarına bıçaqla müqavimət göstərən qardaşlar tutulub
# 28 avqust 2013 10:14 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 27-də Mingəçevir şəhəri Təbriz küçəsində Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı və 315-ci maddələri ilə axtarışda olan Fikrət Gülməmmədov qardaşı Bəxşeyişin idarə etdiyi “Hyundai Sonata” markalı avtomaşında saxlanılıb. Bu zaman onlar polis əməkdaşlarına qarşı bıçaqla müqavimət göstəriblər.

F. Gülməmmədov və qardaşı Baxşeyiş tutulub, avtomaşına baxış zamanı 1 ədəd nömrəsi silinmiş “Makarov” tipli tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR