Prokuror dövlət əmlakında olan torpağı satan şəxsə cəza istəyib

Prokuror dövlət əmlakında olan torpağı satan şəxsə cəza istəyib
# 13 dekabr 2016 09:43 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fəxrəddin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, F. Əliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 14-də davam etdiriləcək.

İttihama görə, F. Əliyev etibardan sui-istifadə edərək, dövlətin balansında olan torpağı tanışı olan həkimə 25 min manata satmaqda təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR