Prokuror iki nəfərin ölümündə təqsirləndirilən sürücülərə cəza istəyib

Prokuror iki nəfərin ölümündə təqsirləndirilən sürücülərə cəza istəyib
# 20 oktyabr 2017 10:14 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qərib Eyvazlı və Əli Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, Q. Eyvazlı və Ə. Abdullayevin hər birinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ötən ilin mart ayında Binəqədi-Mehdiabad yolunda Bakı şəhər sakini Əli Abdullayevin idarə etdiyi “Range Rover” markalı avtomobil “VAZ-21015” markalı maşınla toqquşub.

Nəticədə “VAZ-21015” markalı avtomobilin sürücüsü Ramiz Muradov və sərnişini Elgün Məmmədov aldıqları xəsarətdən ölüblər.

Həmin avtomobildə olan digər sərnişin – Qərib Eyvazlı isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR