Qaradağda anbar, Şirvanda ev yanıb

Qaradağda anbar, Şirvanda ev yanıb
# 27 yanvar 2018 08:09 (UTC +04:00)

Bakı şəhəri Qaradağ rayonu və Şirvan şəhərində yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qaradağda

ümumi sahəsi 1100 kvadratmetr olan anbarın içərisində yerləşən köməkçi tikilinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar 20 kvadratmetr sahədə, bitişik ümumi sahəsi 20 kvadratmetr olan gözətçi köşkünün dam örtüyü və elektrik lövhəsi yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Şirvan şəhərində isə ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 3 kvadratmetr sahədə ev əşyaları yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 3 kvadratmetr sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR