Qardaşı oğlunu qətlə yetirən şəxsə hökm oxunub

Qardaşı oğlunu qətlə yetirən şəxsə hökm oxunub
# 15 iyul 2014 13:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Tahir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, T. Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T. Əliyev şəxsi münaqişə zəminində qardaşı oğlu İlham Əliyevi bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilir.

O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR