Qaxda baş verən yol qəzasında bir nəfər ölüb

Qaxda baş verən yol qəzasında bir nəfər ölüb
# 06 sentyabr 2014 10:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Qax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-də saat 16.00 radələrində Qax rayonunun Əmbərçay kəndində Bakı şəhər sakini Rauf Allahverdiyevin idarə etdiyi “Rexton” və Qəbələ rayon sakini Şirvan Şirinovun idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub. Ş. Şirinov hadisə yerində ölüb, sərnişini - Sahib Zeynalov, habelə R. Allahverdiyev və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Qax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR