Qəbələdə yanğın hadisəsi baş verib

Qəbələdə yanğın hadisəsi baş verib
# 07 iyul 2014 17:46 (UTC +04:00)

Bakı – APA. Qəbələ rayonu, Savalan kəndində dağlıq ərazidə yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, o cümlədən Aviasiya Dəstəsinin 2 ədəd helikopteri cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR