Azərbaycanda qəsdən adam öldürməyə görə iki il axtarışda olan şəxs tutulub - YENİLƏNİB

Azərbaycanda qəsdən adam öldürməyə görə iki il axtarışda olan şəxs tutulub - <span style="color: red;">YENİLƏNİB
# 19 iyul 2014 09:39 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü Vaqif İsmayılov Bəsti Bağırova küçəsində saxlanılıb.

Zaqatala RPŞ-dan APA-ya bildirilib ki, qətl hadisəsi 2012-ci il may ayının 25-də Yuxarı Tala kəndində alınıb.

Rayon sakinləri Qeysər Əlizadə, Fizuli İsmayılov və əmisi oğlu Vaqif İsmayılov aralarında yaranan münaqişə zamanı həmkəndliləri İbrahim Dadaş oğlu Həsənovu bıçaqlayaraq qətlə yetiriblər.

Q. Əlizadə və F. İsmayılov hadisə baş verən vaxt həbs olunsa da, V. İsmayılov istintaqdan yayına bilib.

***

saat 11:56

Bakı. Fuad Cəfərov - APA. Zaqatala rayonunda axtarışda olan şəxs Bakıda tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü Vaqif İsmayılov Bəsti Bağırova küçəsində saxlanılıb.

Zaqatala RPŞ-dan APA-ya bildirilib ki, V. İsmayılov Qeysər və Füzuli adlı şəxslərlə birlikdə 2012-ci ildə rayon sakini İbrahimi (soyadı hələlik məlum deyil) qətlə yetirməkdə günahkar bilinir. Qeysər və Füzuli hadisə baş verən vaxt həbs olunsa da, V. İsmayılov istintaqdan yayına bilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR