Qətldə təqsirləndirilən 17 yaşlı şəxsin barəsində olan hökmdən apellyasiya şikayəti verilib

Qətldə təqsirləndirilən 17 yaşlı şəxsin barəsində olan hökmdən apellyasiya şikayəti verilib
# 11 sentyabr 2015 09:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Məhəmməəli İmaməliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası sentyabrın 17-nə təyin edilib.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü M. İmamaəliyev münaqişə zəminində 1994-cü il təvəllüdlü Rəşad Məcidzadəni bıçaqlayaraq qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. İmaməliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayəti verərək onun cəzasının artırılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR