Qobustanda 4 avtomobildə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib

Qobustanda 4 avtomobildə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib
# 22 may 2017 00:05 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qobustan rayonu, Nabur kəndi ərazisində yağış yağması nəticəsində avtomobil yolunun keçilməz olması səbəbindən dörd ədəd minik avtomobilində insanların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq vətəndaşlara müvafiq köməklik göstərilib . Əməliyyat saat 00:25-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR