Qohumlarına qarşı soyğunçuluq edən şəxslər tutulub

Qohumlarına qarşı soyğunçuluq edən şəxslər tutulub
# 18 yanvar 2018 09:23 (UTC +04:00)

Qohumlarına qarşı soyğunçuluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 17-də Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edən şəhər sakini olan qadın yanvarın 8-də mobil telefonunun oğurlandığını bildirib. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Fəxri Ellazgil olması, həmin gün qohumu olan digər bir qadına qarşı da zor tətbiq edərək mobil telefonunu alması, həmçinin onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyənləşib.

Bundan başqa yanvarın 10-da Gəncə şəhər sakini olan qadın qızıl boyunbağısının boynundan qoparılıb aparılması barədə Kəpəz Rayon Polis İdarəsinə müraciət edib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Həyata keçirilən əməliyyat tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir Nağıyev olması müəyyən edilib. Saxlanılan şəxsin həmçinin zərərçəkmişin qohumu olması da məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR