Quba sakini həmyerlisini güllələyib

Quba sakini həmyerlisini güllələyib
# 19 dekabr 2016 08:26 (UTC +04:00)

Qubada silahlı insident olub.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bir neçə gün əvvəl Quba rayonunun Xaltan kəndində baş verib.

Kənd sakini Sərdar Aydəmirov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində həmkəndlisi Məhəmməd İsgəndərov ayaq və bel nahiyələrindən xəsarət alıb. M. İsgəndərov xəstəxanaya yerləşdirilib.

Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən S. Aydəmirovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR