Qubada istirahət mərkəzində yanğın olub

Qubada istirahət mərkəzində yanğın olub
# 20 noyabr 2015 21:39 (UTC +04:00)

Bakı-APA. Qubada yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Quba rayonu, Xınalıq kəndində vətəndaşa məxsus istirahət mərkəzinin ərazisində ümumi sahəsi 140 kv.m olan birmərtəbəli mansard tipli kotecin mansardının yanar konstruksiyaları yanıb.

1-ci mərtəbə yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR