Qubada yük maşını ağaca çırpılıb, xəsarət alan var

Qubada yük maşını ağaca çırpılıb, xəsarət alan var
# 03 avqust 2013 22:18 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Bu gün axşam saatlarında Bakı-Quba-Rusiya Federasiyası yolunun Quba rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, magistralın 158-ci km-də “Şaqman” markalı yük maşını idarəetməni itirərək yoldan çıxaraq ağaca çırpılıb. Sürücü 1986-cı il təvəllüdlü Quba rayonu Vəlvələ kənd sakini Cəfərov Cəfər Nadir oğlu bir saata yaxın avtomaşında sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupu sürücünü deformasiyaya uğramış maşından çıxarıb. O Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR