Qurban Məmmədovun cinayət işinin ibtidai istintaqı başa çatıb

Qurban Məmmədovun cinayət işinin ibtidai istintaqı başa çatıb
# 19 avqust 2013 12:30 (UTC +04:00)

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, istintaq orqanı tərəfindən Q. Məmmədova Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmişi pulla ələ alma) maddəsi ilə əlavə ittiham elan olunub: “Lakin həmin maddə ilə biz razı deyilik və Qurban Məmmədov bununla bağlı ifadə verməkdən imtina edib” .

C. Cavadlı Q. Məmmədovun barəsində olan cinayət işi üzrə ibtidai istintaqın yekunlaşdığını, yaxın günlərdə vəkillərin cinayət işinin materialları ilə tanış olacağını bildirib.

Qeyd edək ki, vəkil Q. Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Avqustun 1-də isə məhkəmə həbs-qətimkan tədbirini 1 ay da uzadıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR