Ramil Usubov MDB daxili işlər nazirləri Şurasının növbəti iclasında iştirak edib

Ramil Usubov MDB daxili işlər nazirləri Şurasının növbəti iclasında iştirak edib
# 08 sentyabr 2014 12:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün sentyabrın 4-dən 6-dək Qırğızıstan Respublikasının Çolpan-Ata şəhərində rəsmi səfərdə olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə ümumi fikir mübadiləsi aparılıb.

Daxili işlər nazirləri Şurasının iclasında həmçinin səlahiyyətli orqanlar tərəfindən şəxslərin dövlətlərarası axtarışının həyata keçirilməsi qaydalarını müəyyən edən sənəd layihəsi, yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə qaytarılması məsələlərində əməkdaşlıq haqqında 7 oktyabr 2002-ci il tarixli Sazişə dair İcra Protokolu, üzv dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun Mərkəzi Asiya regionunda Regional Əməliyyat Qrupunun işinin təşkil edilməsini tənzimləyən sənədlərin işlənib-hazırlanması, həmçinin bir sıra digər məsələlər üzrə müzakirələr aparılmış və müvafiq qərarlar qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR